» » Moskvada onlarla İŞİD yaraqlısı saxlanılıb

Moskvada onlarla İŞİD yaraqlısı saxlanılıb

Moskvada onlarla İŞİD yaraqlısı saxlanılıb

“Onlar qrupa yeni üzvlərin cəlb edilməsi ilə məşğul olurdular”.

“İslam dövləti” (İŞİD) terror qrupunun təxminən 20-yə yaxın tərəfdarı bu gün Moskvada saxlanılıb.  

ucarliyiq.biz xəbər verir ki, bu barədə Rusiya paytaxtının hüquq-mühafizə orqanlarından bildiriblər.

“FTX və polis əməkdaşlarını müştərək əməliyyatı nəticəsində İŞİD-lə əlaqəda olmaqda şübhəli bilinən 20-yə yaxın adam saxlanılıb. Onlar yeni üzvlərin axtarışı və qrupun sıralarına cəlb edilməsi ilə məşğul olurdular”, - mənbə bildirib.

RİA Novosti bu informasiyanın rəsmi təsdiqinə malik deyil.