» » Aktyorun xanımından miras açıqlaması

Aktyorun xanımından miras açıqlaması

Aktyorun xanımından miras açıqlaması
Aktyorun xanımından miras açıqlaması Mərhum aktyor Levent Kırcanın keçmiş həyat yoldaşı, aktrisa Oya Başar miras qalmaqalına münasibət bildirib.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün övladları Umudla Ayşə atalarının borclarını ödəməmək üçün onun mirasından imtina etmişdilər. Bu isə birmənalı qarşılanmamışdı. Oya Başar açıqlamasında məsələnin təkcə onun övladlarına deyil, Leventin ilk nikahından olan oğlu Oğulcana da aid olduğunu bildirib:

“Biz Leventin malını-mülkünü istəmirik. Onsuz da 10 ildir, bizimlə heç bir maddi haqq-hesabı olmamışdı. 10 ildir, maddi mənada bütün əlaqələrimiz kəsmişik. Oğulcanla Leventin qurduğu şirkətin hansı işlə məşğul olduğunu bilmirik. Bu səbəbdən uşaqlarımız bu işdən gələn gəliri qəbul etmək istəmədi. Onlara qalan yeganə şey atalarının adıdır. Borclar da Leventlə Oğulcanındır. Çünki onların şirkətidir. Miras rəddi ilə bağlı ilk məhkəməyə müraciət edən də Oğulcan olub”.