» » Sobyanin türk azarkeşləri təhqir etdi

Sobyanin türk azarkeşləri təhqir etdi

Sobyanin türk azarkeşləri təhqir etdi

“Heç də idmançı davranışı deyil”.

Moskvanın meri Sergey Sobyanin voleybol matçı zamanı rusiyalı idmançıları zibil atəşinə tutan türk azarkeşlərini “keçi” (rus dilində təhqiramiz sayılan «козлы» ifadəsini işədib – red.) adlandırıb. 

ucarliyiq.biz bu barədə Lenta.ru-ya istinadən xəbər verir.

“Heç də idmançı davranışı deyil (sadəcə, “keçi” demək istəyirəm)”, - o, baş verən münaqişə barədə xəbərə istinadən Twitter-də yazıb.

Dövlət Dumasının təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin rəhbəri İrina Yarovaya daha öncə türk azarkeşlərinin davranışı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın davranışının simasını əks etdirdiyini qeyd etmişdi.

Voleybol üzrə Avropa kubokunun martın 29-da İstanbulda “Dinamo” və “Qalatasaray” komandaları arasında baş tutan birinci final matçı zamanı rusiyalı idmançıların sözlərinə görə, onlar türk tərəfinin təhqirlərinə məruz qalıblar.  

Oyun zamanı “Qalatasaray”ın azarkeşləri voleybolçu qızları zibil atəşinə tutublar, komandanın baş məşqçisi isə rəqiblərinə qeyri-etik jestlər nümayiş etdirib.

Klubların cavab görüşünün aprelin 2-də Krasnodarda keçiriləcəyi gözlənilir.