» » Amerikalılar “ağıllı” şərab şüşəsi icad ediblər – VİDEO

Amerikalılar “ağıllı” şərab şüşəsi icad ediblər – VİDEO

Amerikalılar “ağıllı” şərab şüşəsi icad ediblər – VİDEO

“Kuvée” Wi-Fi ilə təchiz edilib.

Amerikanın, “ağıllı” şərab şüşəsini icad edən “Kuvée” startapı 6 milyon dollar cəlb edib. 

ucarliyiq.biz “The Verge” istinadən xəbər verir ki, “ağıllı” şüşə ağzı klapanlı qabdır, qiyməti 199 dollardır, onu içərisinə şərab olan xüsusi qab qoyulur. Onun istifadəsi vacibdir, çünki bundan sonra “Kuvée”ni müxtəlif şərab növləri üçün istifadə etmək mümkün olsun.

Şərabı süzərkən qaba hava daxil olmur, bu isə şərabı 30 gün ərzində saxlamağa imkan verir. Çeşidə 48 növ şərab daxildir.

“Kuvée” Wi-Fi ilə təchiz edilib, qabın üzərindəki çipləri saymağı bacarır, qalan şərab haqqında informasiyanı ekrana çıxarır və yenidən sifariş etməyi təkif edir.

İnvestorlar artıq startapa 6 milyon dollar sərmayə yatırıblar.