» » Keşiş qaçqınlar üçün ayrılan 380 min dolları uduzdu

Keşiş qaçqınlar üçün ayrılan 380 min dolları uduzdu

Keşiş qaçqınlar üçün ayrılan 380 min dolları uduzdu

O, könüllü müalicə kursuna göndərilib.

Ontarioda müqəddəs İosif Haldey kilsəsinin keşişi Saka ata qaçqınlar üçün ayrılmış pulları uduzub. 

ucarliyiq.biz “The Toronto Star”a istinadən xəbər verir ki, keçən ay keşiş qaçqınlar üçün ayrılan pulun itməsini söyləmək üçün yepiskop Emmanuel Şaletə zəng edib. Söhbət təxminən 380 min dollar məbləğindən gedir.

“O, mənə telefonla zəng edib dedi ki, bütün pulları itirib. Mənim bunun necə baş verdiyi barədə suala isə “Oyunları” deyə cavab verdi”, - Şalet bildirib.

Söhbət fevralın 23-də baş tutub. Yerli polis səhəri gün daxil olan şikayəti qəbul edib. Martın 15-də isə istintaq başlayıb. Hazırda heç bir ittiham irəli sürülməyib.

Yepiskop Şalet bildirib ki, keşişin xidməti dayandırılıb, onu müxtəlif problemlərlə qarşılaşan dindarlara yardım edən instituta könüllü müalicə kursuna göndəriblər.

Nəşr qeyd edir ki, hər iki dindarın işlədiyi Hladey katolik kilsəsində İraqdan gələn xristianlara yardım edilir.