» » Brüssel otelləri 71% endirim təklif edir

Brüssel otelləri 71% endirim təklif edir

Brüssel otelləri 71% endirim təklif edir

Yeni bron demək olar ki, yoxdur.

Boşalmış Brüssel mehmanxanaları 71% endirim təklif edirlər.

ucarliyiq.biz “EU Observer”-a istinadən xəbər verir ki, otellər bu addımı atmağa məcbur qalıblar. Belə ki, şəhərdə baş verən terror aktlarından sonra turistlər öz səfərlərindən imtina edirlər.

Brüsselin Otelyerlər Assosiasiyası mehmanxanaların dolmasını 20% səviyyəsində dəyərləndirirlər.

Otellərdən birinin menecerinin sözlərinə görə, bronların ləğv edilməsi çoxsaylıdır, yeni bron isə demək olar ki, yoxdur.

Daha öncə Brüssel aeroportunun martın 31-də xidmət göstərməyəcəyi barədə məlumat yayılmışdı.

Martın 22-də Brüsseldə üç partlayış baş verib – ikisi aeroportda, biri isə metroda. Qeyri-rəsmi məlumata görə, partlayışlar zamanı paytaxtda 32 nəfər həlak olub. Səhiyyə Nazirliyinin məlumatına görə, daha 300 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.