» » Qərb mətbuatı Putinin ətrafına qarşı kompromat savaşına başladı

Qərb mətbuatı Putinin ətrafına qarşı kompromat savaşına başladı

Qərb mətbuatı Putinin ətrafına qarşı kompromat savaşına başladı

“Kreml öz mövqeyini məhkəmədə qoruyacaq”.

Arkadi Rotenberqin tərəfdaşı olan iş adamı Qriqori Bayevski bir neçə qadına bahalı daşınmaz əmlak satıb.

Bu qadınların arasında Rusiya prezidenti Vladimir Putinin qızı olduğu güman edilən Katerina Tixonova və Rusiya Dövlət Dumasının deputatı Alina Kabayevanın qohumu, həmçinin Putinin ad gününə həsr olunmuş təqvimdə çəkilən Alisa Xarçeva var.

ucarliyiq.biz xəbər verir ki, bu barədə məlumatı Reuters dərc edib.

Agentliyin məlumatına görə, müvafiq sənədlər göstərir ki, Bayevski bu üç qadına daşınmaz əmlak verib və satıb.

Katerina Tixonova həmçinin yeni şirkəti qeydiyyatdan keçirərkən Bayevskiyə məxsus ünvanı göstərib.

Bayevski Rotenberq qardaşları ilə biznesə 2011-ci ildə başlayıb və 2014-cü ilədək Arkadi Rotenberqin investisiya müəssisələrindən birinin rəhbəri vəzifəsində çalışıb.

Reuters yazır ki, Bayevskinin paya malik olduğu şirkət son iki ilə 6 milyard rubl dəyərində dövlət sifarişləri alıb.

Qeyd edək ki, martın 28-də Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov xaricdən Vladimir Putin və onun ətrafına qarşı informasiya hücumunun hazırlandığını bildirib.

Prezidentin mətbuat katibi həmçinin bildirib ki, Putin haqqında şər-böhtan xarakterli məlumat dərc olunarsa, Kreml öz mövqeyini məhkəmədə qoruyacaq.