» » Livanda yetkinlik yaşına çatmayan 75 seks köləsi azad edildi

Livanda yetkinlik yaşına çatmayan 75 seks köləsi azad edildi

Livanda yetkinlik yaşına çatmayan 75 seks köləsi azad edildi

Qızların əksəriyyəti suriyalılardır.

Livan polisi ölkədə insan alveri ilə məşğul olan ən böyük dəstəni ifşa edib və fahişəliklə məşğul olmağa məcbur edilən, yetkinlik yaşına çatmayan 75 qızı azad edib.

ucarliyiq.biz-ın məlumatına görə, bu barədə Reuters polisin bəyənatına istinadən xəbər verir.

Hüquq-mühafizə orqanlarında dəqiqləşdiriblər ki, seks kölələrinin əksəriyyəti suriyalılardır. Cinayətkarlar onlardan bəzilərini qaçqın düşərgələrindən qaçırıblar, bəzilərini isə suriyalılar özləri satıblar.

Qeyd olunur ki, qızları döyürdülər və onlara işgəncə verirdilər. 

Polis reydi zamanı 18 nəfər həbs olunub - 10 kişi və 8 qadın. Onlaırn qızları intim xidmət göstərdiyi yerlərdə, gecə klubları və mənizllərdə müşayiət edirdilər.

Qruplaşma paytaxt Beyrutdan şimalda yerləşən Cuniya şəhərində fəaliyyət göstərirdi.