» » Pan Gi Mun Qafqaza gəlir

Pan Gi Mun Qafqaza gəlir

Pan Gi Mun Qafqaza gəlir

Səfər BMT-də Paris sazişinin imzalanmasından sonra baş tutacaq.

BMT Baş katibi Pan Gi Mun aprelin sonunda Azərbaycan və Ermənistana ilk dəfə, Gürcüstana isə ikinci dəfə səfər etməyi planlaşdırır. 

ucarliyiq.biz xəbər verir ki, bu barədə TASS-a təşkilatın katibliyindəki mənbə bildirib.

“Mən dəqiq tarixi deyə bilmərəm, lakin səfər BMT-də iqlimə dair Paris sazişinin imzalanmasından sonra həyata keçiriləcək (aprelin 22-dən sonra)”, - mənbə bildirib.

BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik bu səfər barədə məlumatı təsdiq və ya təkzib etməyib.