» » İndoneziya Bakıda baş tutacaq “Formula 1” yarışını izləyir – FOTO

İndoneziya Bakıda baş tutacaq “Formula 1” yarışını izləyir – FOTO

İndoneziya Bakıda baş tutacaq “Formula 1” yarışını izləyir – FOTO

“Azərbaycan ən sürətli yol yarışı qəbul edəcək!”

İndoneziyada nüfuzlu ixtisaslaşmış xəbər portallarından biri olan “otosia” Azərbaycanda baş tutacaq “Formula 1” yarışı haqqında məqalə dərc edib.

ucarliyiq.biz-ın xəbərinə görə, yazı “Azərbaycan ən sürətli yol yarışı qəbul edəcək!” adı altında dərc olunub.

Sözügedən internet portalı sahə üzrə ölkədə ən qabaqcıldır və il ərzində 10 milyona yaxın avtomobil həvəskarı bu səhifəni təqib edir.

“Otosia” internet portalı tanınmış F1 dairə dizayneri Hermann Tilkeyə istinadən Bakıdakı F1 yol dairəsinin bu növ şəhərdaxili dairələr arasında qeyri-adi və ən sürətlisi olduğuna diqqəti çəkir və bildirir ki, Bakı küçələrindən ibarət bu dairə şəhərin tarixi mərkəzini əhatə edəcək ki, bu da izləyicilər üçün məxsusi mühit təşkil edəcək. 

Bu kimi əlamətləri də nəzərə alsaq “Bakı dairəsi” həm F1 pilotları, həm də izləyicilər üçün unikal olacaq. 

İndoneziya Bakıda baş tutacaq “Formula 1” yarışını izləyir – FOTO