» » Nazarbayev Vaşinqtonda nüvə müharibəsi təhlükəsindən danışdı

Nazarbayev Vaşinqtonda nüvə müharibəsi təhlükəsindən danışdı

Nazarbayev Vaşinqtonda nüvə müharibəsi təhlükəsindən danışdı

Dünya yeni potensial, daha təhlükəli və qeyri-müəyyən nüvə əsrinə “sürünür”.

XXI əsrin ən ciddi problemlərindən biri nüvə terrorizmi, eləcə də nüvə və radioaktiv materialların qanunsuz dövriyyəsidir.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu fikri ABŞ ictimai və siyasi xadimlərə Karnegi Fondunun qərargahında Qazaxıstan prezidenti Nursultan Nazarbayev ifadə edib.

Onun sözlərinə görə, “bəşəriyyət XXI əsrin yeni sülh və qlobal əməkdaşlıq əsri” olacağına ümid edirdi, amma “daha təhlükəsiz və sabit dünyanın yaradılmasına dair unikal şans əldən çıxdı”.

“Dünya yenidən mənasız hesab edilməyəcək təhlükə qarşısındadır. Bu qlobal miqyasda ölüm saçan müharibə təhlükəsidir”, - o deyib.

Qazaxıstan prezidenti qeyd edib ki, Nüvə silahının yayaılmamasına dair 1968-ci ildə imzalanmış müqavilə “təyinatını yerinə yetirmir”, “qlobal oyunçular arasında etibar böhranı isə nüvə silahının istifadəsinin qarşısını alınmasına dair zəmanətin deqradasiyasına aparır”.

“XXI əsrin ən ciddi problemlərindən biri nüvə terrorizmi, eləcə də nüvə və radioaktiv materialların qanunsuz dövriyyəsidir. Dünya yeni potensial, daha təhlükəli və qeyri-müəyyən nüvə əsrinə “sürünür”, - Qazaxıstan lideri belə hesab edir.