» » Moldovada prezident seçkilərinin tarixi bəlli oldu

Moldovada prezident seçkilərinin tarixi bəlli oldu

Moldovada prezident seçkilərinin tarixi bəlli oldu

Ölkə rəhbəri ümumxalq seçkilərinin nəticələrinə görə müəyyən ediləcək.

Moldova parlamenti prezidentin birbaşa seçkilərini oktyabrın 30-na təyin edib. 

ucarliyiq.biz xəbər verir ki, bu qərara Moldova Sosialist və Kommunist partiyalarının deputatları səs verməyib. Onlar əvvəlcədən öz imtinalarını bildiriblər. 

Daha öncə Moldova məhkəməsi ölkə prezidentinin ümumxalq seçkilərinin nəticələrinə görə müəyyən ediləcəyini qərara almışdı. 

2001-ci ildən Moldova prezidentini gizli səsvermə yolu ilə parlament seçir. Ölkənin ilk iki prezidenti Mirça Snequr və Petr Luçinski ümumxalq seçkilərində seçilib.