» » Kreml Ərdoğanın təklifinə cavab verdi

Kreml Ərdoğanın təklifinə cavab verdi

Kreml Ərdoğanın təklifinə cavab verdi

“Bu tərəfə, hələ ki, kiçik də olsa eyham edilməyib”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əməkdaşlığın labüdlüyünə dair bəyanatına Kremldə münasibətlərin yaxşılaşmasına cəhd kimi dəyələndiriblər. 

ucarliyiq.biz Lenta.ru-ya istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov xatırladıb ki, Ankara indiyə qədər Rusiya “Su-24” təyyarəsinə hücuma və rusiyalı təyyarəçinin ölümünə görə üzr istəməyib. 

“Yalnız bir şey deyə bilərəm: Rusiya tərəfini baş verən hadisədən, Türkiyə HHQ təyyarəmizi vurduqdan, təyyarəçimizin ölümündən sonra Ankaradan nə gözlədiyi məlum idi. Hələlik, bu edilməyib, bu tərəfə, hələ ki, kiçik də olsa eyham edilməyib. Bununla əlaqədar isə bir daha, növbəti dəfə təəssüf ifadə etmək olar”, - Peskov bəyan edib. 

Kremlin nümayəndəsi əlavə edib ki, Türkiyədə rusiyalı təyyarəçinin qətli üçün məsuliyyəti öz üzərinə götürən şəxsin saxlanılmasından sonra onun günahının necə ifadə ediləcəyi məlum deyil. Eləcə də onun törətdiyi qətlin türk prokurorları tərəfindən necə təqdim ediləcəyi də məlum deyil. 

Peskov, həmçinin Moskvanın rusiyalı pilotun qətlinin günahkarlarının cəzalandırılacağına dair tezisi də təsdiləyərək “Mütləq cəzalanacaqlar” deyib. 

Martın 31-də Vaşinqtonda Brukinsk İnstitutunda çıxış edən Türkiyə prezidenti Rusiyanı regionla problemlərin həll edilməsi üçün əməkdaşlığın bərpa edilməsinə çağırıb. Ərdoğan vurğulayıb ki, “Su-24” ilə hadisəyə “Moskvanın kəskin reaksiyasına” baxmayaraq, regionla problemlər Moskva və Ankaranın əməkdaşlığının bərpasını labüd edir, belə ki, “Rusiya və Türkiyə - coğrafiyanın mühüm ölkələridir”. O, Rusiyanın “bu labüdlüyü” qiymətləndirəcəyinə ümid etdiyini bildirib.