» » Türkiyənin kürdyönümlü deputatı mandatından məhrum ola bilər

Türkiyənin kürdyönümlü deputatı mandatından məhrum ola bilər

Türkiyənin kürdyönümlü deputatı mandatından məhrum ola bilər

Davudoğlu HDP üzvlərini PKK ilə əlaqədə ittiham edib.

Türkiyənin Demokratik Xalqlar Partiyasının (DRP) ldieri Selahattin Demirtaş deputat toxunulmazlığından məhrum ola bilər. 

ucarliyiq.biz Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu gün Türkiyənin Ədliyyə Nazirliyi parlamentə Demirtaşın və bu partiyanın bir sıra digər deputatlarının toxunulmazlığının ləğv edilməsi məsələsi ilə əlaqədar müraciət edib. 

Ankarada fevralın 17-də törədilən terror aktından sonra HDP-nin bəzi deputatları PKK üzvü olan kamikadzenin dəfn mərasimində iştirak ediblər. 

Keçən ilin dekabr ayında Türkiyənin Baş naziri Əhməd Davudoğlu partiyanın siyasətini tənqid edərək onun üzvlərini PKK ilə əlaqədə ittiham edib. 

Daha öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdən HDP-nin beş deputatının toxunulmazlığının ləğv edilməsini tələb etmişdi.