» » Səudiyyə Ərəbistanından önəmli – NEFT AÇIQLAMASI

Səudiyyə Ərəbistanından önəmli – NEFT AÇIQLAMASI

Səudiyyə Ərəbistanından önəmli – NEFT AÇIQLAMASI

“Qapımıza qədər gələn fürsəti geri qaytarmayacağıq”

Səudiyyə Ərəbistanı neft hasilatını İran başda olmaq üzərə digər iri neft istehsalçı ölkələrin hasilatı dondurulması ilə bağlı qərarından sonra dayandıra bilər.

ucarliyiq.biz Bloomberg-ə istinadən xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının ikinci varisi, şahzadə Məhəmməd bin Salman əl Səud bildirib. 

“Əgər bütün ölkələr hasilatın dondurulması ilə bağlı qərar verəcəksə, biz buna hazırıq. Əgər istehsalın artırılması ilə bağlı qərar qəbul ediləcəksə, bu halda biz də qapımıza qədər gələn fürsəti geri qaytarmayacağıq”, - deyə o qeyd edib. 

Məlumat üçün bildirək ki, Səudiyyə Ərəbistanı hasilatı artırmaqda davam edir. Hökumət buna səbəb kimi müştərilərin artan tələbatını əsas göstərir. 

Xatırladaq ki, İran hasilatın dondurulması ilə bağlı OPEK-in təklifini hələki rədd edir.