» » Kadırov Putinə Nobel sülh mükafatının verilməsini təklif edir

Kadırov Putinə Nobel sülh mükafatının verilməsini təklif edir

Kadırov Putinə Nobel sülh mükafatının verilməsini təklif edir

“Başqa kim layiqdi ki?”.

Nobel sülh mükafatını Putinə verərdi. 

ucarliyiq.biz xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə səlahiyyətləri uzadılan Çeçenistan respublikasının müvəqqəti rəhbəri Ramzan Kadırov bəyan edib. 

“Putinə. Başqa kim ona layiqdir ki? Nə Merkel, nə də ki Obama”, - Kadırov müvafiq suala cavab verərkən bildirib.

Kadırov, prezidentə heyran olduğunu və onun bütün dünyanı təəccübləndirdiyini vurğulayıb.

“Ən yaxşı politoloqlar, alimlər, institutlar ona çata bilməz. Onun strategiyası o qədər güclüdür, o qədər ağıllı çalışır. Qərarları elə qətiyyətlə qəbul edir ki, bunu yalnız istedadlı insan edə bilər. Oturub hər şeyi özü həll edən dahidir. Şükür Allaha, hər şey düzgün edir, bu bizi sevindirir. Nə qədər çalışsalar da, bizim mövqelərimiz məhv olmur. Sadəcə onu elə qələmə verirlər”, - o, hesab edir. 

Bundan başqa, Kadırov ABŞ prezidenti Barak Obamanı da tənqid edib.

“İndi Amerika prezidenti Putindən danışmağa başlayıb, nə bilim, mətbuatı belədi və s. Təsəvvür edin ki, - dırnaqarası ən demokratik dövlət, ən demokratik prezident bir neçə dövləti məhv edib, yüz minlərlə adam öldürüb, Nobel mükafatını alır, demokratiyadan, mətbuatdan danışır. Gülməlidir. Hər gün qalmaqal. Gülməlidir”, - o deyib.