» » Səudiyyə şahzadəsi “neft əsrinin alatoranlığına” hazırlaşmağa çağırdı

Səudiyyə şahzadəsi “neft əsrinin alatoranlığına” hazırlaşmağa çağırdı

Səudiyyə şahzadəsi “neft əsrinin alatoranlığına” hazırlaşmağa çağırdı

“Saudi Aramco” 2017-ci ildə birjaya çıxarıla bilər.

Səudiyyə Ərəbistanı “neft əsrinin alatoranlığına” hazırlaşır.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Bloomberg-ə verdiyi müsahibəsində kral ailəsinin nümayəndəsi Muhammad ibn Salman bildirib. 

O qeyd edib ki, ölkə iki trilyon dollar həcmində müstəqil fond yaratmağı planlaşdırır. Pullar neft asılılığından azad olmaq üçün istifadə ediləcək. 

Bundan başqa, “Saudi Aramco” dövlət neft şirkəti 2017-ci ildə birjaya çıxarıla bilər. Hökumət bazarda müəssisənin səhmlərinin beş faizinə qədərini satmağı planlaşdırır. 

Kotirovkaların sabitləşdirilməsi üçün neft istehsalçıları hasilatı 2016-cı ilin yanvar ayı səviyyəsində dondurmağı planlaşdırır. Bu barədə növbəti danışıqlar aprelin 17-də Qətərin paytaxtı Dohada olacaq. 12 ölkə bu tədbirdə iştirakını təsdiqləyib.