» » İnterpol rus generalının “ovuna” çıxıb

İnterpol rus generalının “ovuna” çıxıb

İnterpol rus generalının “ovuna” çıxıb

Rusiya FNDNX direktor müavininin işinə dair materiallar qərargaha verilib.

Krallığın hüquq-mühafizə orqanlarının versiyasına görə, “avtoritet” Genadi Petrovun başçılıq etdiyi cinayətkar cəmiyyətin fəaliyyətinə dair işi aparan İspaniyanın 5 saylı Mərkəzi istintaq məhkəməsinin hakimi Xose De la Mata Amayya hesab edir ki, Rusiyanın dövlət narkotiklərin dövriyyəsinə nəzarət xidmətinin rəhbəri Nikolay Aulov bu qruplaşmanın fəaliyyətinə aidiyyəti var. 

ucarliyiq.biz xəbər verir ki, vəziyyətlə tanış olan mənbə “Rosbalt”a bildirib ki, Aulova dair həbs edilmə və axtarışa verilməsi haqqında qərar qəbul edildiyini bildirib. 

RF FNDNX direktor müavininin işinə dair materiallar İnterpolun qərargahına verilib, beynəlxalq axtarışın təşkili üzrə prosedur artıq başlayıb. 

Polis general-polkovniki Nikolay Aulov 2008-ci ildə Dövlət narkotiklərin dövriyyəsinə nəzarətin direktor müavini təyin edilib. Bu postda o, əməliyyat-axtarış işinə kuratorluq edib. 2006-cı ildən 2008-ci ilə qədər o, Mərkəzi Federal dairə üzrə DİN baş komitəyə rəhbərlik edib. Buna qədər isə Sankt-Peterburq və Moskvanın DİN mütəşəkkil cinayətkarlıq ilə məşğul olan strukturlarında işləyib.

Genadi Petrov KİV-də Sankt-Peterburqdan olan “malişev” cinayətkar qrupun liderlərindən biri adlanırdı. O, İspaniyada 2008-ci ildə iyirmiyə yaxın digər rusiyalılar ilə birgə saxlanılıb. Onlara qrşı çirkli pulların yuyulması, silah alveri, sifarişli qətllər, narkotiklərin tədarükü, sənədlərin saxtalaşdırılması, kobalt və tütünün qaçaqmalçılığı iddiaları irəli sürülüb.