» » Ərdoğan Amerikadan Azərbaycana başın sag olsun dedi-Video

Ərdoğan Amerikadan Azərbaycana başın sag olsun dedi-Video

Ərdoğan Amerikadan Azərbaycana başın sag olsun dedi-Video


“Əgər ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ədalətli, qətiyyətli fəaliyyət göstərib konkret nəticələr verə biləcək addımlar atsaydı, problemin həlli bu günədək uzanmazdı”. Bunu ANS-in ABŞ-dakı müxbiri Qənirə Ataşovaya açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, az öncə Azərbaycanın dövlət başçısı İlham Əliyevlə telefonda danışdığını xatırladıb. “Ondan hadisə ilə bağlı məlumat aldım. 12 azərbayacanlı qardaşımız şəhid olub. Ermənistan tərəfdən 100-dən artıq ölü var. Dualar etdik. İnşaAllah bu döyüşlərdə azərbaycanlı qardaşlarımız ən az itki ilə uğur qazanar”.

Prezident Minsk qrupunun qətiyyətsiz mövqeyi nəticəsində vəziyyətin bu gün gərgin olduğunu qeyd edib. Dövlət başçısı gərəkli köməkliklər göstərməyə davam ediləcəyini deyib.

R.T.Ərdoğan Azərbaycan prezidentinə hərbçi ölümləri ilə başsağlığı verib, yaralılara şəfa diləyib. Türkiyə prezidenti Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hadisələrlə bağlı dəstəyini və həmrəyliyini ifadə edib, Türkiyə xalqının hər zaman Azərbaycan xalqının yanında olduğunu bildirib.

Azərbaycana ən böyük dəstək verənlərdən biri də heç şübhəsiz ki, Türkiyə olub. Belə ki, bu ölkədə #TürkiyeSeninleAzerbaycan heşteqi "Tvitter"in lider payalaşımı olub. Bu heşteq Twitter mikrobloq servisinin Türkiyə seqmentində ilk sıradadır.