» » Moskvada Rusiya Müdafiə Nazirliyinin binası yanır

Moskvada Rusiya Müdafiə Nazirliyinin binası yanır

Moskvada Rusiya Müdafiə Nazirliyinin binası yanır

Hadisə yerində 120 yanğınsöndürən işləyir.

Moskvanın mərkəzində Rusiya Müdafiə Nazirliyinin binasında yanğın baş verib, RİA Novosti xəbər yayıb.

Yanğının yayılma təhlükəsi var, sayt yazır.

Znamenka, 19 ünvanında yerləşən altımərtəbəli binada idarənin yaşayış departamenti yerləşri. Müəyyən olunub ki, sahəsi 50 kvadratmetr olan yanğın ocağı üçüncü mərtəbədə yerləşir.

“40 nəfər binanı sərbəst tərki edib, daha 7 nəfər xilas olunub”, - deyə, saytın mənbəsi bildirib.

Hadisə yerində Rusiya FHN-nin 120 nəfər şəxsi heyəti çalışır. “İnterfaks”ın məlumatına görə, Znamenka küçəsi ilə nəqliyyatın hərəkəti tam dayandırılıb.