» » Saakaşvili: Rusiya Azərbaycana müdaxilə etmək üçün yol çəkib

Saakaşvili: Rusiya Azərbaycana müdaxilə etmək üçün yol çəkib

Saakaşvili: Rusiya Azərbaycana müdaxilə etmək üçün yol çəkib

“Biz Putinin zəifləyəcəyi anı gözləməliyik”.

Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsi ilə bağlı mövqeyim belədir – indi münaqişə nə Ermənistan, nə də Azərbaycana sərfəlidir. Bir neçə gün əvvəl baş verənlər Azərbaycan və Türkiyəyə qarşı Putin təxribatına oxşayır və həm də Ermənistan üçün zərərlidir.  

Bu arada Moskva hadisələrin belə inkişafına çoxdan hazırdır. Rusiya xeyli müddətdir ki, hər iki tərəfi intensiv silahlandırır, son illərdə isə Dağıstandan Gürcüstana sırf hərbi təyinatlı yol çəkib. Bu yol eyni zamanda Azərbaycana ən sürətli müdaxilə yoludur. 

ucarliyiq.biz xəbər verir ki, bu barədə Facebookda Gürcüstanın keçmiş prezidenti, Odessa vilayət administrasiyasının (Ukrayna) hazırkı rəhbəri Mixail Saakaşvili bildirib.

Onun sözlərinə görə, münaqişəni qızışdıran Rusiya eyni vaxtda bir neçə strateji məqsədini güfdür: müdaxilə və Azərbaycanın neft və qaz kəmərlərinin keçdiyi ərazilərin ələ keçirilməsi üçün bəhanə alır. 
Beləliklə də:

“Avropa Azərbaycan və Türkmənistandan alternativ enerji daşıyıcıları mənbələrini itirə bilər. Həmişə müstəqil kurs aparmış İlham Əliyev hökuməti son dərəcə çətin vəziyyətdə qala bilər. 

Gürcüstanda keçiriləcək parlament seçkiləri ərəfəsində, hansıdakı rusiyayönümlü İvanişvili qaçılmaz olaraq uduzacaq, Gürcüstan zərbə altında qalacaq, Putinin cəzalandırmağı özünə söz verdiyi Türkiyə isə iki cəbhədə müharibəyə cəlb olunacaq. 
 
Belə vəziyyətdə liderlər son dərəcə ehtiyatlı və mümkün olduqca təmkinli olmalıdırlar, hansı ki, belə vəziyyətdə bunu etmək çox çətindir. 

Həmişə olduğu kimi, biz Putinin uzun müddət hazırlaşdığı, Qərbin isə qəflətən üz-üzə gəldiyi ssenari ilə qarşılaşmışıq. Və yenə də biz, yaxın gələcəyi, Putinin qaçılmaz olaraq zəifləyəcəyini gözləməli və həm Azərbaycan, həm Ermənistan, həm də Gürcüstanın maraqları çərçivəsində bütün regional münaqişələr üzrə razılığa gəlmək imkanından istifadə etməliyik.