» » Belarus səfiri Ermənistan XİN-ə çağırıldı

Belarus səfiri Ermənistan XİN-ə çağırıldı

Belarus səfiri Ermənistan XİN-ə çağırıldı

İrəvan Minsk-in hərəkətlərindən narazaıdır.

Bu gün Belarusun Ermənistandakı səfiri İqor Nazaruk Ermənistan Xarici İşlər Nazirliyinə dəvət edilib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. İ. Nazarukla görüşən Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan  Belorus Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağda baş verən hadisələrlə əlaqədar aprelin 2-də yayılan bəyanatının Ermənistan tərəfdə böyük çaşqınlıqla qarşıladığını bildirib. 

Ş. Köçəryan Belorus XİN-in bu bəyanatının Ermənistan-Belorus münasibətlərinin ruhuna uyğun olmadığını, tərəflərin Kollektiv Təhlükəsizliyi Müqaviləsi Təşkilatı və digər strukturlarda götürdüyü öhdəliklərin əksinə olduğunu, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsinə zərbə vurduğunu, münaqişənin güc yolu ilə həllinə həvəs yaratdığını iddia edib.