» » Gürcüstan hökuməti Qarabağda baş verənləri müzakirə edib - FOTO

Gürcüstan hökuməti Qarabağda baş verənləri müzakirə edib - FOTO

Gürcüstan hökuməti Qarabağda baş verənləri müzakirə edib - FOTO

Kvirikaşvili hərbi əməliyyatların bərpası ilə bağlı narahatlığını bildirib.

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, xarici işlər və müdafiə nazirləri, komitə sədrləri, müvafiq qurumlar və parlament komitələri rəhbərləri bu gun keçirilən toplantıda bir araya gələrək Dağlıq Qarabağda vəziyyətilə bağlı muzakirələr aparıblar.

ucarliyiq.biz-ın APA-ya istinadən məlumatına görə,  baş nazirin mətbuat xidmətindən bildirilib ki, toplantıda Dağlıq Qarabağda vəziyyətlə bağlı məlumat dinlənilib. G. Kvirikaşvili mülki əhali arasında itkiyə səbəb olan vəziyyətin gərginləşməsi və hərbi əməliyyatların bərpası ilə bağlı narahatlığını bildirib.
 
Baş nazir regionda sülh və sabitlik üçün mühüm əhəmiyyət kəsb eden vəziyyətin kəskinləşməməsi üçün beynəlxalq ictimaiyyətin səylərinin mümkün olacağina ümid etdiyini ifadə edib.

Gürcüstan hökuməti Qarabağda baş verənləri müzakirə edib - FOTO

Gürcüstan hökuməti Qarabağda baş verənləri müzakirə edib - FOTO

Gürcüstan hökuməti Qarabağda baş verənləri müzakirə edib - FOTO