» » Rusiyalı deputat: Azərbaycan döyüşçüləri öz müqəddəs borclarını yerinə yetirirlər

Rusiyalı deputat: Azərbaycan döyüşçüləri öz müqəddəs borclarını yerinə yetirirlər

Rusiyalı deputat: Azərbaycan döyüşçüləri öz müqəddəs borclarını yerinə yetirirlər

“Azərbaycan Silahlı Qüvvələri layiqli cavab verdilər”.

Doğma torpaqları qorumaq – hər bir insanın, hər bir dövlətin müqəddəs haqqıdır və bu gün Azərbaycan döyüşçüləri öz müqəddəs borclarını yerinə yetirirlər. Artıq 25 ildən artıqdır ki, Qarabağ qaçqınları öz doğma yurdlarına qayıda və əcdadlarının məzarı önündə baş çəkə bilmirlər, bu isə insanın ümdə tələbatlarından biridir.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Vesti.Az-a Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən son hadisələri şərh edərkən söyləyib.  

Rusiyalı deputat qeyd edib ki, “aprelin 2-də dünya Ermənistanın növbəti təxribatının şahidi oldu, bu dəfə bu, onlarla baha başa oturdu”.

“Azərbaycanın silahlı qüvvələri öz imkanlarını və üstünlüyünü nümayiş etdirərək layiqli cavab verdi. Amma belə üstünlüyə malik olmasına baxmayaraq, Azərbaycan atəşin bitərəfli dayandırmasını elan etdi və bu işğal edilmiş torpaqların problemini beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həll etmək istəyini göstərir.

Mən ümid edirəm ki, bu dəfə sağlam təfəkkür qalib gələcək: işğal edilmiş torpaqlar, nəhayət ki, Azərbaycana qaytarılacaq və qaçqınlar doğma yurdlarına geri dönəcəklər”, - D.Savelyev vurğulayıb.