» » Ermənilər ordusuna adam tapmır və 70 yaşında qocaları cəbhəyə yollayırlar-Video

Ermənilər ordusuna adam tapmır və 70 yaşında qocaları cəbhəyə yollayırlar-Video

Ermənilər  ordusuna adam tapmır və 70 yaşında qocaları cəbhəyə yollayırlar-Video


Ermənistan ordusu itkilərini gizlətməyə çalışsa da, onların vəziyyətinin nə qədər acınacaqlı olduğu özlərinin kütləvi informasiya vasitələrində yaydıqları videokadrlardan da görünür. ucarliyiq.biz-in məlumatına görə, həmin videokadrlarda Ermənistan tərəfinin böyük itkilər verdikdən sonra artıq orduya qocaları da cəlb eləməyə başladıqları görünür. Görünən odur ki, orduya cəlb edilən mülki şəxslərin əksəriyyəti yaşı 60-ı ötmüş, ayaq üstə güclə dayanan ağsaqqallardır. Hərəkət etməyə belə çətinlik çəkən qocalar döyüşlərə qatılmaq istədiklərini deyirlər.




Videoda diqqət çəkən məqam ondan ibarətdir ki, orduya yola düşmək istəyən şəxslərin yanında bir nəfər də olsa hərbçi yoxdur. Onlar özbaşına olaraq avtobuslara doluşaraq cəbhə bölgəsinə gedirlər.




Orduya əsgər axtaran Ermənistan höküməti veteranları toplamaqla necə aciz vəziyyətdə olduğunu göstərir. Hərəkət etməyə belə çətinlik çəkən həmin qocaların Azərbaycanın qüdrətli ordusu ilə necə döyüşəcəyi sual doğurur.