» » Dağıstanda Rusiya ordusu həyəcan siqnalı ilə ayağa qaldırıldı

Dağıstanda Rusiya ordusu həyəcan siqnalı ilə ayağa qaldırıldı

Dağıstanda Rusiya ordusu həyəcan siqnalı ilə ayağa qaldırıldı

Manevrlərə 1 000-ə yaxın hərbçi cəlb edilib.

Dağıstanda Rusiyanın Cənub hərbi dairəsinin motoatıcı briqadasının bölməsinə həyəcan siqnalı verilib.

ucarliyiq.biz xəbər verir ki, Cənub hərbi dairəsinin mətbuat xidmətinin məlumatına görə, hissələr Dalni poliqonuna marş həyata keçirirlər və burada taktiki təlimlər keçiriləcək.

“Zvesda” telekanalı məlumatına görə, manevrlərə 1 000-ə yaxın hərbçi və 300 ədəd texnika cəlb edilib.

“Motoatıcı briqadanın hərbçiləri şərti düşmənin ön bölməsinin hərbi texnika karvanına hücumunu dəf etməli, müdafiə mövqeyi tutmalı və bölmələrlə bərabər göstərilən rayonun müdafiəsini qurmalıdırlar”, - hərbi idarədən bildiriblər.

Təlimlər zamanı hərbçilər “Qrad”, “Qvozdika” sistemlərindən, T-90A tanklarından atəş açacaqlar. Manevrlər aprelin 9-dək davam edəcək.