» » Peskov “LifeNews”un çəkiliş qrupunun deportasiyasını şərh etdi

Peskov “LifeNews”un çəkiliş qrupunun deportasiyasını şərh etdi

Peskov “LifeNews”un çəkiliş qrupunun deportasiyasını şərh etdi

“Qanunvericilik normalarına riayət etmək lazımdır”.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “LifeNews”un çəkiliş qrupunun deportasiyasını şərh edib. 

ucarliyiq.biz bu barədə TASS-a istinadən xəbər verir. 

O qeyd edib ki, “redaksiya siyasəti, sözsüz ki, hansısa hərəkətin səbəbi ola bilməz və olmamalıdır”. Bununla yanaşı, Kreml nümayəndəsi jurnalistlərin “qanunvericilik normalarına riayət etməli olduqlarını” vurğulayıb. 

Daha öncə Rusiyanın “LifeNews” telekanalının jurnalistləri Azərbaycandan çıxarılıblar. Belə ki, Azərbaycan XİN-in iddiasına görə, onlar akkreditasiya olmadan ölkədə olublar və Dağlıq Qarabağ ətrafında baş verən hadisələr barədə dünya ictimaiyyətinə yanlış məlumat çatdırırdılar.