» » Medvedyev İrəvana getməyəcək

Medvedyev İrəvana getməyəcək

Medvedyev İrəvana getməyəcək

Görüş ləğv edilib.

Avrasiya İqtisadi İttifaqının baş nazirlərinin İrəvanda keçiriləcək sammiti Qarabağda münaqişənin kəskinləşməsi səbəbindən ləğv edilərək başqa vaxta keçirilməsi qərarına gəlinib.

ucarliyiq.biz RBK-ya istinadən xəbər verir ki, Rusiya hökumətində belə hesab edilir ki, Rusiyanın baş naziri Dmitri Medvedyevin İrəvana səfəri tərəflərdən birinin dəstəkləməsi kimi qiymətləndirilə bilərdi. 

Medvedyevin İrəvana səfəri haqqında Rusiya hökumətinin saytında martın 24-də məlumat yayılmışdı. Məlumatda aprelin 7-8 tarixlərində Medvedyevin Ermənistana səfər edəcəyi, Avrasiya hökumətlərarası Şurasının iclasında (Avrasiya İqtisadi İttifaqının rəhbər orqanı) iştirak edəcəyi, eləcə də Ermənistan rəhbərliyi ilə danışıqlar aparacağı bildirilmişdi.

Rusiya hökumətindən iki həmsöhbətin RBK-ya verdiyi məlumata görə, Medvedyevin səfərini hazırlayan ilkin qrupun İrəvana artıq göndərilməsinə baxmayaraq, səfər ləğv olunub.

Həmsöhbətlərdən birinin sözlərinə görə, İrəvana səfərin ləğv edilməsinin səbəbi, Azərbaycan və Ermənistan arasında münaqişənin kəskinləşdiyi bir dövrdə Rusiya baş nazirinin səfəri münaqişə tərəflərindən birinin dəstəklənməsi kimi qiymətləndirilə bilərdi. 

Ermənistan paytaxtına uçmağa hazırlaşan Rusiya heyətinin üzvləri planın dəyişdirildiyinə dair xəbərdar ediliblər. 

Sammitin ləğv edilməsi barədə məlumatı Avrasiya İqtisadi İttifaqının üzv ölkələrindən birində olan mənbə təsdiqləyib. 

Onun sözlərinə görə, görüşün vaxtı dəyişdirilib.