» » Sarkisyan: Azərbaycan daha müasir silaha sahibdir

Sarkisyan: Azərbaycan daha müasir silaha sahibdir

Sarkisyan: Azərbaycan daha müasir silaha sahibdir

“Biz Rusiyanın Azərbaycana silah satmasını ağrılı qəbul edirik”.

Azərbaycan bu gün silahın daha müasir növlərinə sahibdir. Ermənistan isə 1980-ci ilin silahları ilə döyüşür. 

ucarliyiq.biz dünya KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan Almaniyaya səfəri zamanı bəyan edib. 

Sarkisyan bəyan edib ki, Rusiyanın Azərbaycana silah satması faktı ona əzab verir.

“Rusiya – bizim strateji müttəfiqimizdir. Biz eyni təhlükəsizlik sistemindəyik (KTMT). Təbii ki, Rusiyannı, yalnız onun deyil bu strukturun digər ölkələrinin də Azərbaycana silah satmasını ağrılı qəbul edirik”, - Sarkisyan bildirirb.

Amma o qeyd edib ki, Ermənistanın bu proseslərə təsiretmə imkanı məhduddur.