» » Ərdoğan Avropanı hədələdi

Ərdoğan Avropanı hədələdi

Ərdoğan Avropanı hədələdi

“Avropa İttifaqı Türkiyəyə 6 milyard avro ayırmalıdır”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropanı Ankara ilə miqrasiya sazişinə dair vədlərini yerinə yetirməməkdə ittiham edib və Türkiyənin də vədini yerinə yetirməyəcəyi ilə hədələyib. 

Ucarliyiq.biz bu barədə xəbər verir. 

“Büdcəmiz hesabına təxminən 3 milyon insan (Suriya qaçqını –red.) saxlanılır. Avropanın vəd verdiyindən hələ heç nə edilməyib. əgər Aİ öz vədlərini yerinə yetirməsə, o zaman Türkiyə də sazişə sadiq qalmayacaq. İqtisadi cəhətdən bizdən yüksək olan ölkələr bu cür insanlıq göstərmədilər”, - Ərdoğan Ankarada polislər qarşısında çıxış edərkən bildirib. 

O əlavə edib ki, miqrasiya problemləri üzrə Türkiyə və Aİ sazişinə görə, Avropa İttifaqı Suriya qaçınlarının qəbulu üçün Türkiyəyə 6 milyard avro ayırmalı idi. 

Xatırladaq ki, Avropa İttifaqı üzv ölkələrinin liderləri və Türkiyənin baş naziri Əhməd Davudoğlu martın 18-də razılığa gəliblər. Razılaşmaya görə, Türkiyədən Yunanıstana gələn bütün qanunsuz miqrantlar geri qaytarılacaq, əvəzində isə türk vətəndaşları üçün vizasız rejim tətbiq ediləcək, Türkiyəyə 3 milyard avro ayrılacaq.