» » Avstraliyada azərbaycanlılarla ermənilər üz-üzə gəldi - FOTO

Avstraliyada azərbaycanlılarla ermənilər üz-üzə gəldi - FOTO

Avstraliyada azərbaycanlılarla ermənilər üz-üzə gəldi - FOTO

“Azərbaycan torpaqlarını öz xoşunla tərk et”.

Bu gün Avstraliyanın paytaxtı Kanberra şəhərində bu ölkədə fəaliyyət göstərən Azərbaycan və Türkiyə diasporlarının iştirakı ilə qoşunların təmas xəttində Ermənistanın son günlərdə intensivləşən təxribatçı hərəkətlərinə etiraz olaraq aksiya keçirilib.

Ucarliyiq.biz Trend-ə istinadən bildirir ki, Azərbaycan və Türkiyə bayraqlarının qaldırıldığı tədbir Avstraliyadakı erməni təşkilatlarının Azərbaycanın Kanberradakı səfirliyi önündə Azərbaycan əleyhinə keçirdiyi aksiya ilə paralel olaraq keçirilib.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyünün bərpasına və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqlar prosesində tutduğu ədalətli mövqeyə dəstək ifadə etmək məqsədilə təşkil olunub.

Aksiyada “Qarabağ Azərbaycan ərazisidir”, “İşğalçı Ermənistan, Azərbaycan torpaqlarından rədd ol!”, “İşğala son!”, “Azərbaycan torpaqlarını öz xoşunla tərk et”, “Əsgərlərimizləyik” kimi şuarlar səslənib.

Qeyd edək ki, aksiya Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyəti və azərbaycanlıların Avstraliyada fəaliyyət göstərən digər təşkilatları tərəfindən birgə təşkil edib.

Avstraliyada azərbaycanlılarla ermənilər üz-üzə gəldi - FOTO

Avstraliyada azərbaycanlılarla ermənilər üz-üzə gəldi - FOTO

Avstraliyada azərbaycanlılarla ermənilər üz-üzə gəldi - FOTO