» » Alyaskada təyyarə qəzaya uğradı

Alyaskada təyyarə qəzaya uğradı

Alyaskada təyyarə qəzaya uğradı

Ölən var.

Alyaskada kiçik təyyarə qəzaya uğrayıb, üç nəfər ölüb.

Ucarliyiq.biz bu barədə ABC telekanalına istinadən xəbər verir. 

Yüngül mühərrikli “Cessna 206” təyyarəsinin qəzası cümə günü Alyaskada Amiralti adasının dağ rayonunda baş verib. 

Təyyarə Anqun yaşayış məntəqəsi yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan üç nəfər həlak olub, sağ qalan bir qadın xəstəxanaya çatdırılıb. 

Əlverişli olmayan hava şəraiti qəza yerinə gəlməyə maneələr törədib, bu səbəbdən də xilasedicilər təyyarənin düşdüyü dağa piyada qalxmalı olublar. 

Sağ qalan qadının səhhəti haqqında məlumat verilməyib. Həmçinin təyyarənin kimin idarə etdiyi və qəzanın baş vermə səbəbləri məlum deyil.