» » Amerikalı selfiyə görə 20 il cəza aldı – VİDEO

Amerikalı selfiyə görə 20 il cəza aldı – VİDEO

Amerikalı selfiyə görə 20 il cəza aldı – VİDEO

O, iki alışan tonqalın arasında durmuşdu.

Kaliforniyada yanğın fonunda selfi etmiş ABŞ vətəndaşına 20 il həbs cəzası verilib və 60 milyon dollar məbləğində cərimə edilib. 

Ucarliyiq.biz Reuters-ə istinadən xəbər verir ki, Ueyn Allen Hantsmen cümə günü meşə ərazisində yanğının törədilməsini və əmlakın məhv edilməsinə dair günahını etiraf edib, daha öncə o, yanğına aidiyyəti olmasını təkzib edirdi. 

Polisin əlinə Hantsman onu yanğın ərazisindən çıxarmaq qəraına gələn kişiyə qürrələnmək məqsədi ilə yanğını törətdikdən dərhal sonra çəkdirdiyi, iki alışan tonqalın arasında durduğu videonu göstərib. 

Sürücü videoçarxı yazıb və onu hüquq-mühafizə orqanlarına təhvil verib. Bir neçə gün sonra Hantsman həbs edilib, agentlik məlumat yayıb. 

2014-cü ildə Kaliforniyada baş verən yanğın son on illikdə ən güclü yanğın olub və demək olar ki, bir ay davam edib. Fəlakət nəticəsində 100 min akr meşə ərazisi demək olar ki, məhv olub, bundan başqa, 12 yaşayış evi və 100 digər tikili yarasız hala düşüb.