» » “Falcon 9” ilk dəfə okeandakı platformaya uğurlu eniş edib – VİDEO

“Falcon 9” ilk dəfə okeandakı platformaya uğurlu eniş edib – VİDEO

“Falcon 9” ilk dəfə okeandakı platformaya uğurlu eniş edib – VİDEO

Bu missiya ilə “SpaceX” proqramı bərpa edilir.

Qayıdış pilləsi ilə təchiz edilmiş “Falkon 9” daşıyıcı-raket Kanaveral burnundakı kosmodromdan Beynəlxalq kosmik stansiya üçün yük ilə start götürüb.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. 

Startdan təxminən 2,5 dəqiqə sonra raketin ilk pilləsi ayrılıb və Atlantik okeanda Kanaveral burnundan 300 km uzaqlıqda üzən platformasına idarəli eniş edib. 

Start saat 16:43 (Bakı vaxtı ilə 23:43) həyata keçirilib. Bu missiya ilə 2015-ci ilin iyununda bu ailədən olan raketin qəzaya uğramasından sonra Beynəlxalq Kosmik Stansiyaya yüklərin çatdırılması üzrə “SpaceX” proqramı bərpa edilir.