» » Abramyan: Rusiyanı Azərbaycana silah satışını dayandırmağa çağırmışıq

Abramyan: Rusiyanı Azərbaycana silah satışını dayandırmağa çağırmışıq

Abramyan: Rusiyanı Azərbaycana silah satışını dayandırmağa çağırmışıq

“Bunu yaxşı bir şey hesab etmirik”.

İrəvan Rusiyanın Azərbaycana silah tədarükünün davam etdirməsi qərarını düzgün hesab etmir.

ucarliyiq.biz - in xəbərinə görə, bunu Ermənistanın baş naziri Ovik Abramyan deyib.

“Əlbəttə, satmasaydılar yaxşı olardı. Lakin bu, onların işidir, onlar buna qərar verirlər. Biz strateji tərəfdaş kimi silahın azərbaycanlılara satılmamasına çağırmışıq və çağırırıq”, - deyə O.Abraamyan jurnalistlərə bildirib.

“Biz həqiqətən buna çağırmışıq və bunu yaxşı bir şey hesab etmirik. Əlbəttə, bu bizim strateji tərəfdaşımızdır, onlar da heç vaxt bunu inkar etməyiblər, lakin yenə təkrar edirəm, bizim xalq Rusiyanın Azərbaycana silah satmasından, həqiqtən böyük dərd çəkir. Bu yaxşı deyil. Biz çağırış etdik, strateji müttəfiqin Azərbaycana silah satmasını düzgün hesab etmədiyimizi dedik”, - deyə erməni baş nazir bildirib.