» » Hindistanda yanğın: 80 ölü, 250 yaralı

Hindistanda yanğın: 80 ölü, 250 yaralı

Hindistanda yanğın: 80 ölü, 250 yaralı

Yanğına səbəb fişənglərin partladılması olub.

Hindistanın Kerala ştatında yerləşən məbəddə baş vermiş güclü yanğın nəticəsində 80 nəfər ölüb, daha 250 nəfər isə yaralanıb. 

ucarliyiq.biz - in xəbərinə görə, bu barədə  məlumatı “India Today” nəşri yayıb.

Məlumata əsasən, yanğın Kollam şəhərində yerləşən məbəddə yerli vaxtla 03.30-da (Bakı vaxtı ilə 02.30-da) baş verib.

İlkin məlumata görə, yanğına səbəb dini ayinlərin keçirilməsi zamanı fişənglərin partladılması olub.

Yerli mətbuat hadisə nəticəsində məbədin tamamilə uçduğunu qeyd edir.