» » Azərbaycanla sərhəddə terrorçular axtarılır

Azərbaycanla sərhəddə terrorçular axtarılır

Azərbaycanla sərhəddə terrorçular axtarılır

Dağıstanın Tabasaran rayonunda antiterror əməliyyatı rejimi tətbiq edilib.

Ucarliyiq.biz-ın xəbərinə görə, bu barədə RİA Novosti nəşrinə respublikanın operativ qərargahından məlumat verilib.

“Tabasaran rayonunun inzibati sərhədləri hüdudlarında antiterror əməliyyatı rejiminin tətbiq edilməsinə dair qərar yerli vaxtla 04.30-da (Bakı vaxtı ilə 05.30-da) Dağıstandakı əməliyyat qərargahının rəhbəri tərəfindən verilib”, - nəşrin sözçüsü bildirib.

Məlumata görə, əməliyyat çərçivəsində silahlıların və onlarla əlaqəli şəxslərin axtarışı aparılır. 

Qeyd edək ki, Tabasaran rayonunun əhalisi 50 min nəfərdir.

[/b]
[b]ucarliyiq.biz