» » İŞİD İrana keçdi

İŞİD İrana keçdi

İŞİD İrana keçdi

Sərhəddə döyüş olub.

“İŞİD” terror qruplaşmasının yaraqlıları İran ərazisinə daxil olmağa cəhd ediblər.

Ucarliyiq.biz  xəbər verir ki, bu barədə İranın Quru qoşunlarının komandanı Əmir Əhməd Reza Purdastan bazar ertəsi bəyan edib.

“Fevral-mart aylarında İŞİD yaraqlıları İran ərazisinə daxil olublar, kamekadze kəməri olan iki terrorçu Quru qoşunlarının qüvvələri tərəfindən dərhal məhv ediliblər”, - Purdastanın sözlərindən “Tasnim” agentliyi sitat gətirib.   

İran hərbçisi hücumun ölkənin hansı ərazisində baş verdiyini dəqiqləşdirməyib, amma qeyd edib ki, hazırda sərhədlərdə heç bir təhlükə yoxdur.