» » Cənubi Osetiya Rusiyaya birləşdirilə bilər

Cənubi Osetiya Rusiyaya birləşdirilə bilər

Cənubi Osetiya Rusiyaya birləşdirilə bilər

“Biz artıq müddəti müzakirə edirik”.

Cənubi Osetiya hakimiyyəti bu ilin avqustuna qədər Rusiyanın tərkibinə daxil olmaq üçün referendum keçirməyə hazırlaşır, dəqiq vaxt hələ müəyyən edilməyib. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə TASS-a verdiyi müsahibəsində tanınmamış Cənubi Osetiya respublikasının “prezidenti” Leonid Tibilov bildirib. 

“Biz artıq vaxtı müzakirə edirik. Hansısa konkret vaxtı demək olmaz. Amma bu yaxın gələcəkdə baş verəcək, avqusta qədər planlaşdırırıq”, - Tibilov deyib. 

Martın sonunda Rusiya prezidenti Vladimir Putin Leonid Tibilov ilə görüşdə Rusiyanın Cənubi Osetiyaya 2016-cı ildə dəstəyi 8,2 milyard rubldan ibarət olduğunu bildirib.