» » Maduro qadınları “fen”dən istifadə etməməyə çağırdı

Maduro qadınları “fen”dən istifadə etməməyə çağırdı

Maduro qadınları “fen”dən istifadə etməməyə çağırdı

“Problem düşündüyümüzdən daha dərindir”.

Venesuela prezidenti Nikolas Maduro qadınları ölkədəki enerji böhran ilə əlaqədar “fen”dən istifadə etməyə son qoymağa çağırıb. 

Ucarliyiq.biz “Independent”ə istinadən xəbər verir. 

Elektrik enerjisinin kəskin çatışmazlığının kompensasiya edilməsi üçün ölkə prezidenti vətəndaşları enerjiyə bütün mümkün vasitələrlə qənaət etməyə, mümkün qədər texnika və kondisionerdən az istifadə etməyə çağırıb.  

Nikolas Maduro qadınların “fen”dən istifadə etmədikləri halda daha gözəl göründüklərini bildirib. 

“Mən hər zaman qadınların saçlarını əlləri ilə hamarlayıb və təbii yolla qurutduqda daha gözəl göründüklərini düşünürəm. Mənim ideyam belədir”, - prezident qeyd edib. 

Bundan başqa, venesuelalılardan paltarı qurutmaq üçün paltaryuyanın müvafiq funksiyasından deyil, tropik istidən istifadə etmək xahiş olunub.

Venesuela rəhbərinin bu məsləhəti heç də bütün qadınların xoşuna gəlməyib. 

“Əgər prezident bizim saç qurutmaq üsulumuzun nəyəsə yardım edəcəyini düşünürsə, demək problem düşündüyümüzdən daha dərindir”, - ölkənin qadın vətəndaşı “AlJazeera” telekanalına bildirib.