» » Saakaşvili Poroşenkoya ultimatum verdi

Saakaşvili Poroşenkoya ultimatum verdi

Saakaşvili Poroşenkoya ultimatum verdi

“Biz gözləməkdən yorulmuşuq”.

Odessa Dövlət Administrasiyasının rəhbəri Mixail Saakaşvili Ukrayna prezidenti Petr Poroşenkodan “təcili və əsaslı islahatlara” başlamasını tələb edib. 

Ucarliyiq.biz xəbər verir ki, o, bu barədə Facebook səhifəsində yazıb. 

“Biz gözləməkdən və boş vədlər eşitməkdən yorulmuşuq. Hələlik ki, köhnə korrupsiyaya uğramış sistem addımbaaddım revanş götürür”, - o vurğulayıb. 

Əsasən Saakaşvili “xalq etimadına əsaslanan, müqavilələr olmadan, ukraynalıların etibar edə biləcəkləri hökuməti formalaşdırmaq lazımdır” deyə bəyan edib. 

Qubernator, həmçinin Odessa vilayətinin baş prokuroru Nikolay Stoyanovun işdən çıxarılmasını tələb edib, o, prokuroru “separatçı və oliqarxların quyruq qulu” adlandırıb. 

Eləcə də Odessanın meri Genadi Truxanova qarşı da cinayət işinin açılmasını tələb edib, şəhər rəhbərini də separatçı adlandıran Saakaşvili Truxanovun ofşor müəssisələr sahibi olduğunu və Rusiya vətəndaşlığının olduğunu bəyan edib. 

Bundan başqa, qubernator Ukrayna Təhlükəsizlik Xidmətinin və Dövlət Fiksal Xidmətinin rəhbərlərinin də tutduqları vəzifədən azad edilmələrini tələb edib. Onun fikrincə, onlar “Ukrayna xalqının mənfəəti üçün işləmirlər, aşkar quldurluqla məşğul olurlar”.

“Biz daha gözləmək niyyətində deyilik, biz bu sistemi ya bu hakimiyyət ilə, ya da onsuz dəyişəcəyik!”, - Saakaşvili sözünü yekunlaşdırıb.