» » Suriyada Rusiya helikopteri qəzaya uğradı

Suriyada Rusiya helikopteri qəzaya uğradı

Suriyada Rusiya helikopteri qəzaya uğradı

Pilotlar hadisə yerində ölüblər.

Rusiya Silahlı Qüvvələrinin Mi-28N helikopteri Suriyada qəzaya uğrayıb, iki pilot həlak olublar, bu ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Ucarliyiq.biz xəbər verir ki, məlumatda helikopterin çərşənbə axşamına keçən gecə Suriyanın Homs şəhəri yaxınlığında yerə düşdüyü bildirilir.

“İki ekipaj üzvü həlak olub. Axtarış-xilasetmə işləri nəticəsində həlak olan pilotların cəsədləri təxliyə olunaraq, Xmeymim aviabazasına gətirilib. Qəza yerindən məruzəyə əsasən, helikopterə atəş açılmayıb”, - deyə, sənəddə bildirilir.