» » Hindistanlı pilot sevimli tərəfdaşı olmadan uçmaqdan imtina etdi

Hindistanlı pilot sevimli tərəfdaşı olmadan uçmaqdan imtina etdi

Hindistanlı pilot sevimli tərəfdaşı olmadan uçmaqdan imtina etdi

Təyyarənin göyərtəsində 101 sərnişin olub.

“Air India” aviaşirkətinin təyyarələrindən birinin heyətinin komandiri sevimli ikinci pilotu olmadan uçmaqdan imtina edib. 

ucarliyiq.biz Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə “Hindustan Times” məlumat yayıb. 

Məlumata görə, həmin şəxsin növbəyə onunla müəyyən əməkdaşın çıxması tələbinə görə, reys iki saatdan çox ləngiməli olub. 

Çennaidən Maleyə uçan təyyarənin göyərtəsində 110 sərnişin olub.

Komandirin adı açıqlanmır, amma sonunda aviaşirkətin onun sevimli tərəfdaşını çağırmasına nail olduğu məlumdur. Əvvəlcə pilota əməkdaşın digər reyslə uçduğu bildirilib. Amma o, xəstələndiyini bildirəcəyi ilə hədələyib və bir müddət sonra xəstə olduğuna dair raport təqdim edib.

“Air India” hadisəyə dair “Hindustan Times”a şərh verməyib.