» » Braziliya prezidenti postunu itirə bilər

Braziliya prezidenti postunu itirə bilər

Braziliya prezidenti postunu itirə bilər

65 deputatdan 38-i bu qərarın lehinə səs verib.

Parlamentin İmpiçment üzrə xüsusi komissiyası ölkə prezidenti Dilma Russeffin vəzifəsindən azad edilməsini dəstəkləyib. 

Ucarliyiq.biz “Agencia Brasil”ə istinadən xəbər verir ki, komissiyanın tərkibinə daxil olan 65 deputatdan 38-i bu qərarın lehinə səs verib.

Qeyd edilir ki, komissiyanın qərarının paramentin aşağı palatasının iclasına çıxarılmalıdır. 

Palatada aprelin 17-də Russeffə dair impiçment məsələsi üzrə səsvermə keçiriləcək. İmpiçment üçün deputatların üçdə ikisinin səs verməsi tələb edilir, yəni 513 parlamentaridən 342 nəfər lehinə səs verməlidir. 

Daha öncə Russeffin istefasına dair Braziliya vitse-prezidentinin söhbəti “WhatsApp” mesenceri vasitəsilə sızdığı barədə məlumat yayılmışdı.