» » In ABŞ-ı vurmaq istəyir

In ABŞ-ı vurmaq istəyir

In ABŞ-ı vurmaq istəyir

Şimali Koreya rəhbəri raket proqramına şəxsən nəzarət edir.

Koreya Xalq Demokratik Respublikası ABŞ ərazisinə zərbələr endirmək imkanının zəmanəti üçün hərbi potensialını artırır. 

Ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə Tokioda keçirilən mətbuat konfransında Yaponiyanın müdafiə naziri Qen Nakatani bəyan edib. 

“Əgər KXDR ballistik raketlərin uçuş məsafəsini artırmağa, eləcə də kompakt nüvə başlığı üçün  səmərəli və miniatür partlayıcını hazırlamağa nail olarsa, o zaman bunu onun ABŞ ərazisinə zərbə endirmək imkanının zəmanəti kimi nəzərdən keçirmək olar”, - Phenyanın yeni növ qitələrarası ballistik raketlərin mühərrikinin uğurlu sınağına dair məlumatı şərh edərkən bildirib. 

Aprelin 9-da Koreya Mərkəzi Teleqraf Agentliyinin verdiyi məlumata görə, yeni növ qitələrarası ballistik raketlərin mühərrikinin Soxe kosmodromunda keçirilən sınağına Şimali Koreya lideri Kim Çen In özü rəhbərlik edirdi. O, “Koreyanın Əmək Partiyasının yeddinci qurultayı ərəfsində keçirilən bu sınağı KXDR müdafiə imkanlarının möhkəmlənməsində yeni dövr” adlandırıb.