» » “Rosneft”in rəhbəri: Neftin ucuz qiymətlər mərhələsi uzun sürə bilməz

“Rosneft”in rəhbəri: Neftin ucuz qiymətlər mərhələsi uzun sürə bilməz

“Rosneft”in rəhbəri: Neftin ucuz qiymətlər mərhələsi uzun sürə bilməz

“Təklif bolluğunun öhdəsindən iki il ərzində gəlmək mümkün olacaq”.

Neftin ucuz qiymətlər mərhələsi uzun sürə bilməz.

Ucarliyiq.biz xəbər verir ki, “Rosneft”in rəhbəri İqor Seçin belə hesab edir. 

“Bir sıra səbəblərə görə, biz ucuz qiymətlər mərhələsindəyik, amma bu mərhələ uzun sürə bilməz”, - o, “Ft Commodities Global Summit 2016” konfransında deyib və əlavə edib ki, hazırkı qiymətlər xərclərin tam silsiləsini təmin etmir.

O həmçinin qeyd edib ki, neft bazarında təklifin bolluğu probleminin öhdəsindən iki il ərzində gəlmək mümkün olacaq. 

“Neftin qiymətinin kəskin ucuzlaşmasında həlledici amil  - təklifin tələbata görə üstün olmasıdır. Bu gün, təklifin bolluğu problemin öhdəsindən iki il ərzində gəlmək mümkün olacağı təsəvvürü yaradır”, - Seçin deyib.