» » Çavuşoğlu: Fələstinlilər öz dövlətlərini yaratmalıdırlar

Çavuşoğlu: Fələstinlilər öz dövlətlərini yaratmalıdırlar

Çavuşoğlu: Fələstinlilər öz dövlətlərini yaratmalıdırlar

“Fələstinin işğalı hələ də davam edir”.

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu 1967-ci il sərhədləri çərçivəsində müstəqil Fələstin dövlətinin yaradılmasının lazım olduğunu bəyan edib. 

Ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzv ölkələrinin XİN rəhbərlərinin İstanbulda keçirilən iclasında bəyan edilib. 

“Təəssüf ki, Fələstinin işğalı hələ də davam edir. Fələstinlilərə öz dövlətlərini yaratmaq üçün etiraz etməyə heç bir qanuni əsas mövcud deyil. Və bu tarixi ədalətsizlik aradan qaldırılmayana qədər regionumuzda sabitliyə nail olmaq mümkün deyil”, - o deyib. 

Çavuşoğlunun sözlərinə görə, “daimi sülhü təmin etmək üçün Şərqi Qüdsdə paytaxtı olmaqla 1967-ci il sərhədləri çərçivəsində müstəqil Fələstinin yaradılması yeganə vasitədir”.

“İndi Fələstin dövləti 137 ölkə tərəfindən tanınıb. Və biz bunun üzərində çalışmalıyıq ki, bu say artsın”, - o deyib.