» » Rusiyada pornoqrafiya qadağan edildi

Rusiyada pornoqrafiya qadağan edildi

Rusiyada pornoqrafiya qadağan edildi

Resurslar qanuna ziddir.

Rusiya nəzarət komitəsi 11 pornoqrafik internet-resursa girişi məhdudlaşdırıb, komitənin mətbuat xidmətindən bildirilib.

ucarliyiq.biz xəbər verir ki, Rusiya KİV-nin məlumatına əsasən, qadağan edilmiş informasiyanın vahid reyesterinə dünyanın ən iri porno-saytlarından olan PornHub da daxil edilib.

Pornoqrafik tərkibli internet-resurslar qadağan edilmiş informasiyanın vahid reyesterinə Krasnodar vilayətinin Krılovski rayon məhkəməsinin qərarı ilə daxil edilib, idarənin saytında bildirilib.

Aprel ayında Krılovski rayon məhkəməsi rayon prokurorluğunun bir neçə porno-saytın qadağası barədə iddiasını təmin edib. Məhkəmə bu resursların “Uşaqların sağlamlığına və inkişafına  mənfi təsir edəcək informasiyadan müdafiə” barədə qanunu pozduğunu qərara alıb.

Rusiya nəzarət komitəsinin məlumatında deyildiyi kimi, pornoqrafiyanın qanunsuz hazırlanması, yayılması və kütləvi nümayişi cinayət hesab edilir.


 

  1. CANKA 8 sentyabr 2015 15:16


    Məncə bu çıxış yolu deyil.Qadağan edilən çox zaman daha da cəlb edir və maraq yaradır.

    --------------------