» » İstanbulda iki rus casusu ələ keçdi

İstanbulda iki rus casusu ələ keçdi

İstanbulda iki rus casusu ələ keçdi

Anisimov və Smirnov kəşfiyyat aparırlarmış.

Aprelin 8-də İstanulda 2015-ci il noyabrın 1-də çeçen səhra komandiri Vahid Edelgiriyevi öldürən qrupda yer alan 2 rusiyalı saxlanılıb.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, saxlanılanlar 52 yaşlı Yuri Anisimov və 55 yaşlı Aleksandr Smirnovdur.

Onların yeni əməliyyatla bağlı məlumat toplayarkən ələ keçdikləri və məhkəmənin qərarı ilə həbs olunduqları bildirilir.

Rusiyalı casusların üzərindən İnterpola məxsus axta vəsiqə, rusiyalı dövlət məmurlarının çoxsaylı fotoları, USB-yaddaş kartı, nömrə və PİN/PUK məlumatları telefonlara yapışdırılmış vəziyyətdə olan 5 telefon, qarışıq seriya nömrəli ABŞ dollarları götürülüb.

USB-yaddaş kartlarının yoxlanılması zamanı rusiyalı casusların Avropa ölkələrində kəşfiyyat xarakterli fotolar çəkmələri məlum olub.