» » Qırğızıstan parlamentinin spikeri qardaşına görə istefa verdi

Qırğızıstan parlamentinin spikeri qardaşına görə istefa verdi

Qırğızıstan parlamentinin spikeri qardaşına görə istefa verdi

“Mən könüllü şəkildə səlahiyyətlərimdən imtina edirəm”.

Qırğızıstan parlamentinin spikeri Asılbek Jeenbekov öz postunu tərk edib. 

ucarliyiq.biz İnterfaks-a istinadən xəbər verir ki, bu barədə Jeenbekov çərşənbə günü parlament iclasında bəyan edib.

O, öz həmkarlarına və prezident Almazbek Atambayevə ona göstərdikləri etimada görə təşəkkür edərək, doğma qardaşı Sooronbay Jeenbekovun Qırğızstan baş naziri vəzifəsinə namizədliyinin irəli sürüldüyü səbəbindən postunu tərk etdiyini bildirib. 

“Mən iki dəfə parlamentə spiker seçilmişəm, bunun üçün mən sizə və dövlət başçısına təşəkkürümü bildirirəm. Böyük qardaşımın baş nazir vəzifəsinə təqdimatına görə, mən aprelin 10-dan könüllü şəkildə toraq (spiker) səlahiyyətlərindən imtina edirəm”, - Jeenbekov onunla razılaşan deputatlara bildirib.